Xəzər Xəbər

İnterpol tərəfindən axtarışa verilən şəxs Türkiyədə saxlanılıb

Dünya | 15:02 • 14 Noyabr 2023
İnterpol tərəfindən axtarışa verilən şəxs Türkiyədə saxlanılıb

İnterpol (Beynəlxalq Polis Təşkilatı) tərəfindən qırmızı bülletenlə axtarışa verilən, İŞİD terror təşkilatının yüksək rütbəli komandiri kimi tanıdılan üzvü Türkiyənin Kırşehir vilayətində saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, İraq əsilli terrorçu Kırşehir şəhər təhlükəsizlik idarəsinin terrorla mübarizə qrupları və Türkiyə Baş Prokurorluğu tərəfindən aparılan birgə əməliyyat zamanı ələ keçirilib.

Saxlanılan şəxs əməliyyatlardan sonra müvafiq ölkənin səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbər lenti