Xəzər Xəbər

Koçaryanın oğlu deputat oldu

Dünya | 11:11 • 14 Noyabr 2023
Koçaryanın oğlu deputat oldu

Ermənistanın sabiq prezidenti Robet Koçaryanın oğlu Levon Koçayan parlamentdə and içib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 

Məlumata əsasən, Levon Koçayan deputat seçilib və parlamentdə and içib. Bununla da o, “Hayastan” blokunu parlamentə təmsil edəcək.

Bir neçə gün əvvəl, Levon Koçaryana ölkənin Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat mandatı verilib.

Xatırladaq ki, Levon Koçaryan 25 sentyabrda 1 ay müddətinə həbs edilmişdi. Koçaryanın oğlu Baş nazir Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılmışd.

Onun barəsində dörd polis əməkdaşını döyməklə bağlı ittiham irəli sürülüb. Ötən ay isə onun həbs müddətinin 2 ay uzadılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin edib. Amma "Hayastan" fraksiyasının üzvü Armen Çarçyan öz deputat səlahiyyətlərindən Levon Koçaryanın xeyrinə imtina edib. Buna görə də məhkəmə deputat toxunulmazlığı statusu qazanmış Levon Koçaryanı vaxtından əvvəl azad etməli olub.

Xəbər lenti

Çox oxunanlar