Xəzər Xəbər

Fransa Ermənistana Ukraynanın qəbul etmədiyi zirehli maşınlar göndərib

Dünya | 18:25 • 13 Noyabr 2023
Fransa Ermənistana Ukraynanın qəbul etmədiyi zirehli maşınlar göndərib

Fransa Ermənistana Ukraynanın qəbul etmədiyi zirehli maşınlar göndərib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Fransanın “Tribune” nəşrinə istinadla məlumat yayıb.

Bildirilir ki, Fransadan Ermənistana Gürcüstan vasitəsilə “Bastion” zirehli maşınlarının gətirilməsinə başlanıb. Məlum olub ki, 2022-ci ildə Fransa Ukraynaya 20-ə yaxın belə zirehli avtomobil göndərməyi planlaşdırırdı.

“Quest France” nəşrinin yazdığına görə, Ukrayna bu avtomobilləri artilleriya və tank əleyhinə raketlərdən zəif müdafiə olunduğu üçün qəbul etməyib.

Xəbər lenti