Xəzər Xəbər

Respublikaçı senator ABŞ prezidentliyi uğrunda mübarizədən GERI ÇƏKİLDİ

Dünya | 09:00 • 13 Noyabr 2023
Respublikaçı senator ABŞ prezidentliyi uğrunda mübarizədən

Cənubi Karolina senatoru Tim Skott ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkilib.

Xezerxeber.az xəbər verir ki, o, bu barədə Fox News telekanalında bildirib.

“Mənə aydın oldu ki, indi mənim vaxtım deyil, bu gündən prezident seçkiləri ilə bağlı təşviqat kampaniyamı dayandırmaq qərarına gəldim. Düşünürəm ki, onlar (seçicilər – Qeyd) “İndi yox” deyirlər”-deyə, o bildirib.

Skott may ayında prezidentlik yarışına qatılıb. Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizədə favorit Amerikanın əvvəlki lideri Donald Trampdır. Onun rəqibləri arasında Florida qubernatoru Ron Desantis, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli və iş adamı Vivek Ramasvami də var.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar