Xəzər Xəbər

Keçmiş iqtisadiyyat naziri həbs olundu

Dünya | 14:19 • 12 Noyabr 2023
Keçmiş iqtisadiyyat naziri həbs olundu

Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib. 

“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha geniş məlumatlar Qazaxıstan Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq açıqlana bilməz”, - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.

Xəbər lenti

Çox oxunanlar