Xəzər Xəbər

İsrail ordusu HƏMAS-ın 150-dən çox tunelini məhv edib

Dünya | 09:39 • 12 Noyabr 2023
İsrail ordusu HƏMAS-ın 150-dən çox tunelini məhv edib

İsrail ordusunun təmsilçisi, polkovnik-leytenant Conatan Konrikus bildirib ki, ölkənin müdafiə qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.

Bu barədə xarici mətbuat xəbər yayıb.

O, qeyd edib ki, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Konrikusun sözlərinə görə, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir.

 

Xəbər lenti