Xəzər Xəbər

HƏMAS-ın daha bir komandiri öldürülüb

Dünya | 16:43 • 11 Noyabr 2023
HƏMAS-ın daha bir komandiri öldürülüb

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın daha bir komandirini öldürüb.

“The Times of İsrael” nəşri xəbər yayıb ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. 

Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində HƏMAS-ın komandirlərindən biri olan Ahmed Siam məhv edilib. HƏMAS-a qarşı əməliyyatlar zamanı Ahmad Siam Qəzza şəhərindəki "Əl-Rantisi" İxtisaslaşdırılmış Xəstəxanasına sığınan 1000 nəfərə yaxın sakini girov saxlayıb və onların anklavın cənubuna təxliyə edilməsinə icazə verməyib.

Xəbər lenti

Çox oxunanlar