Xəzər Xəbər

Papa Fransisk: Müharibələr hər zaman bəşəriyyət üçün məğlubiyyətdir

Dünya | 16:25 • 11 Noyabr 2023
Papa Fransisk: Müharibələr hər zaman bəşəriyyət üçün məğlubiyyətdir

Müharibələr hər zaman bəşəriyyət üçün məğlubiyyətdir. Heç bir müharibə insan itkisinə dəyməz.

Bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Roma Papası dünyanın müxtəlif yerlərində münaqişələrin dayandırılmasına çağırış edib. Bildirib ki, dialoq və əməkdaşlıq münaqişələri həll etmək üçün yeganə vasitədir.

O, müxtəlif münaqişə meydanlarında raketlər və hücumların sülhə olan ehtiyaca heç bir töhfə vermədiyin deyib: “Müharibələr həmişə bəşəriyyət üçün məğlubiyyətdir. Heç bir münaqişə öz övladının şikəst və ya öldürüldüyünü görən ananın göz yaşına dəyməz. Müharibə vətənlərini tərk etməyə məcbur olanların çarəsizliyidir. Silahları susdurun. Bu ölüm alətlərinin istehsalını və ticarətini yenidən nəzərdən keçirin”. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar