Xəzər Xəbər

Kiyevə atılan “İsgəndər” raketi havada vurulub

Dünya | 12:36 • 11 Noyabr 2023
Kiyevə atılan “İsgəndər” raketi havada vurulub

Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.

Xezerxeber.az yerli UNİAN-a istinadən xəbər verir ki, 52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumları olub. 

Məlumata görə, raket şəhərə yaxınlaşarkən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən məhv edilib.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Xəbər lenti