Xəzər Xəbər

Türkiyə Prezident bu gün Səudiyyə Ərəbistanına səfər edəcək

Dünya | 09:00 • 11 Noyabr 2023
Türkiyə Prezident bu gün Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 8-ci Fövqəladə İslam Zirvə Toplantısında iştirak etmək üçün bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedəcək.

Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar.

Zirvə iclasında çıxış edəcək Türkiyə Prezidentinin toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Çox oxunanlar