Xəzər Xəbər

Çin və ABŞ lideri San-Fransiskoda görüşəcək

Dünya | 18:45 • 10 Noyabr 2023
Çin və ABŞ lideri San-Fransiskoda görüşəcək

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden noyabrın 15-də San-Fransiskoda görüşəcək.

Çin mediası yazır ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində baş tutacaq.

Məlumata görə, bu, ötən ilin noyabrında G20 qrupunun İndoneziyadakı zirvə toplantısı çərçivəsində keçirilmiş Si-Bayden görüşündən sonra liderlərin ilk görüşü olacaq.

Çin rəsmi mediası yazır ki, ÇXR Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə noyabrın 14-17-də Birləşmiş Ştatlarda səfərdə olacaq.

Xəbər lenti

Çox oxunanlar