Xəzər Xəbər

"HƏMAS-ı gəlir mənbələrindən məhrum etmək üçün səy göstərəcəyik"

Dünya | 09:44 • 10 Noyabr 2023
"HƏMAS-ı gəlir mənbələrindən məhrum etmək üçün səy göstərəcəyik"

Qərb ölkələri Fələstinin radikal HƏMAS hərəkatının gəlir yollarını kəsmək üçün koordinasiyalı səylər göstərmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmisi Uolli Adeyemo məlumat verib.

ABŞ-nin HƏMAS təşkilatına qarşı sanksiyaları sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran o, "Cavab bəlidir. HƏMAS-a qarşı daha çox tədbir görəcəyik" deyib. Eyni zamanda, Adeyemo oxşar addımların ABŞ-nin müttəfiqləri və tərəfdaşları tərəfindən də həyata keçiriləcəyini açıqlayıb. Lakin təfərrüatlara varmayıb.

Xəbər lenti