Xəzər Xəbər

Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya GETDİ

Dünya | 18:34 • 9 Noyabr 2023
Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib.

Xezerxeber.az xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub.

“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, - məlumatda bildirilib.

Hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib. Sözügedən forumda Gürcüstan Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Xəbər lenti

Çox oxunanlar