Xəzər Xəbər

İsrail ordusu HƏMAS-ın 400-dən çox kamikadze jiletini AŞKARLADI

Dünya | 08:40 • 8 Noyabr 2023
İsrail ordusu HƏMAS-ın 400-dən çox kamikadze jiletini

İsrail Silahlı Qüvvələri ölkənin cənubunda aparılan təmizləmə əməliyyatları zamanı radikal Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən tərk edilmiş 400-dən çox kamikadze jileti, yüzlərlə odlu silah və qumbaraatan aşkarlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

Bundan əlavə, HƏMAS-ın hücumuna məruz qalan yaşayış məntəqələri üzərində nəzarəti bərpa etmək üçün keçirilən əməliyyatlar zamanı 760 RPG-7 qumbaraatanı, 106 raket və mərmi, 1,5 minə yaxın qumbaraatan və 375 odlu silah aşkar edilib.

Xəbər lenti