Xəzər Xəbər

ABŞ-nin İraq və Suriyadakı hərbi bazaları hücuma məruz qalıb

Dünya | 13:27 • 6 Noyabr 2023
ABŞ-nin İraq və Suriyadakı hərbi bazaları hücuma məruz qalıb

ABŞ-nin İraq və Suriyada yerləşən üç hərbi bazası pilotsuz uçuş aparatlarının (PUA) və silahlı şəxslərin hücumuna məruz qalıb.

"Al Mayadeen" telekanalına istinadla xəbər verir ki, İraqın Ənbər əyalətində yerləşən və amerikalı hərbçilərin dislokasiya olunduğu Ayn-əl-Əsəd bazasına ən azı iki dəfə, Suriyanın Ət-Tanf şəhərindəki ABŞ bazasına isə bir dəfə PUA ilə hücum edilib. Bundan başqa, “İraqın İslam müqaviməti” hərəkatı Ərbil şəhərinin şimalındakı bazanı atəşə tutub.

Bir müddət öncə Pentaqonun yüksək vəzifəli nümayəndəsi bildirmişdi ki, oktyabrın 17-dən 30-dək PUA və raketlərdən istifadə edilməklə ABŞ və beynəlxalq koalisiyanın İraq və Suriyadakı hərbi bazalarına ümumilikdə 27 hücum olub. Nəticədə 21 amerikalı hərbçi yüngül yaralanıb.

Xəbər lenti

Çox oxunanlar