Xəzər Xəbər

Zelenski prezident seçkilərinə hazırlığa başlamağı tapşırıb

Dünya | 09:27 • 6 Noyabr 2023
Zelenski prezident seçkilərinə hazırlığa başlamağı tapşırıb

Volodimir Zelenski öz ofisinə 2024-cü ildə Ukraynada keçiriləcək prezident seçkilərinə hazırlığa başlamağı tapşırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib. 

"Məndə olan məlumata görə, Volodimir Zelenski gələn il prezident seçkiləri keçirmək qərarına gəlib. O, prezident aparatına 2024-cü il martın 31-də keçirilməsi planlaşdırılan seçkilərə hazırlaşmağı tapşırıb", - deputat "Espresso" telekanalının efirində deyib.

Prezident Administrasiyası məlumatı şərh etməyib.

Xəbər lenti

Çox oxunanlar