Xəzər Xəbər

İsrail hərbçiləri Qəzzanın mühasirəsini başa çatdırıb

Dünya | 09:20 • 6 Noyabr 2023
İsrail hərbçiləri Qəzzanın mühasirəsini başa çatdırıb

İsrail hərbçiləri Qəzza şəhərinin mühasirəsini tamamilə başa çatdırıb.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Xaqari bildirib.

Onun sözlərinə görə, İsrail hərbçiləri Qəzza zolağında radikal hədəflərə kütləvi hücumlar həyata keçirir. Onların yeraltı və yerüstü hədəflərinə irimiqyaslı hücumlar təşkil edilir.

Ordu sözçüsü qeyd edib ki, zərbələrin hədəfi HƏMAS hərəkatının infrastrukturu, silahlı radikallar və onların komandirləridir. "Bu əməliyyat qurudan hücumla birləşdirilir və əlaqələndirilir. Dənizdən əlavə zərbələr endirilir. Bütün bunlar HƏMAS-ı məhv etmək üçün lazım olan təzyiqi təmin etməlidir", - deyə Xaqari əlavə edib.

O bildirib ki, İsrail hərbçiləri şəhərin sahillərində mövqelər tutaraq Qəzzanın mühasirəsini tam başa çatdırıb, lakin yerli əhalinin zolağın cənubuna çıxışı üçün humanitar dəhliz fəaliyyətini davam etdirəcək.

Daniel Xaqari Qəzzadakı HƏMAS tərəfdarlarının humanitar infrastrukturdan, xüsusən də xəstəxanalardan istifadə etdiyi barədə məlumatlara malik olduqlarını təkrarlayıb. O xatırladıb ki, ordunun mətbuat xidməti əvvəllər müvafiq materialları dərc edib. “Biz dünyaya əhalidən canlı qalxan kimi istifadə edən ölümcül bir təşkilatla mübarizə apardığımızı göstərməyə davam edəcəyik və bütün bunlara baxmayaraq, hər bir terrorçuya yaxınlaşıb onları məhv edəcəyik”, - deyə ordu sözçüsü vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar