Xəzər Xəbər

Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat keçirilib

Dünya | 14:43 • 5 Noyabr 2023
Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat keçirilib

Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından məlumat yayıb.

Bildirilib ki, Türkiyənin səkkiz vilayətində eyni vaxtda keçirilən “Qəhrəmanlar əməliyyatı”nda Jandarma Qüvvələrinin 18 min 500 əməkdaşı iştirak edib. Əməliyyat nəticəsində terrorçuların qış aylarında istifadə etdikləri 21 mağara və sığınacaq məhv edilib.

Xəbər lenti