Xəzər Xəbər

Tramp: Bayden altı yaşlı uşaq ağılındadır

Dünya | 10:21 • 5 Noyabr 2023
Tramp: Bayden altı yaşlı uşaq ağılındadır

Co Bayden altı yaşlı uşaq ağılındadır.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib. 

Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür: “Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam”. 

Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb. Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir. 

“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır”, - deyə Tramp narazılığını bildirib.

Xəbər lenti

Çox oxunanlar