Xəzər Xəbər

Türkiyədə CHP-nin yeni sədri seçilib

Dünya | 08:50 • 5 Noyabr 2023
Türkiyədə CHP-nin yeni sədri seçilib

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, bu vəzifəyə Manisa vilayətindən millət vəkili Özgür Özel seçilib.

Bununla bağlı keçirilən seçkilərin ikinci turunda Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb.

Qeyd edək ki, CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb.

Xəbər lenti