Xəzər Xəbər

Volodimir Zelenski: Ukraynanın Avropa İttifaqına üzvlük məsələsində yaxşı siqnallar var

Dünya | 09:01 • 5 Noyabr 2023
Volodimir Zelenski: Ukraynanın Avropa İttifaqına üzvlük məsələsində yaxşı siqnallar var

Noyabrın 4-də Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqına üzvlük danışıqlarının başlaması ərəfəsində Ukraynanın irəliləyişi ilə bağlı yaxşı siqnallar verib.

Xezerxeber.az xəbər verir ki, bu fikri Avropa Komissiyasının sədrinin Kiyevə səfərinin nəticəsini dəyərləndirərkən Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

“Bu gün çox vacib bir səfər baş tutdu. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen səfəri Avropa İttifaqına üzvlük danışıqlarının başlanması ilə bağlı tövsiyələrimizin icrasına dair hesabat ərəfəsində həyata keçirildi”, - deyə Volodimir Zelenski əlavə edib.

Onun sözlərinə görə, Ukrayna bu il belə bir siyasi qərar gözləyir.

“Ukraynada hamımız öyrəşməliyik ki, bizim daxili siyasətimiz Avropaya inteqrasiya siyasətidir. Bu gün Avropa Komissiyasının sədrindən danışıqlara başlamazdan əvvəl yaxşı siqnallar eşitdim”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Xəbər lenti