Xəzər Xəbər

“Hizbullah” liderindən HAMAS-ın İsrailə hücumuna GÖZLƏNİLMƏZ AÇIQLAMA

Dünya | 17:50 • 3 Noyabr 2023
“Hizbullah” liderindən HAMAS-ın İsrailə hücumuna

HAMAS-ın İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı bir neçə cəbhədə yayılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah İsrail-Fələstin müharibəsi ilə bağlı bugünkü çıxışında bildirib.

Onun sözlərinə görə, “Əl-Əqsa Tufanı” əməliyyatı məxfi şəkildə hazırlanıb və bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib.

“Bizim də bundan xəbərimiz yox idi”, - “Hizbullah” lideri əlavə edib.

Həsən Nəsrullah vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı 100 faiz Fələstinin verdiyi bir qərardır, icrası da 100 faiz Fələstin tərəfindən həyata keçirilib.

Xəbər lenti