Xəzər Xəbər

İranda yanğın baş verib 32 nəfər həlak olub

Dünya | 14:51 • 3 Noyabr 2023
İranda yanğın baş verib 32 nəfər həlak olub

İranın Gilan vilayətində fəaliyyət göstərən narkoloji mərkəzdə baş verən yanğın nəticəsində 32 nəfər həlak olub, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Gilan valisinin müavini (ostandar) Məhəmməd Cəlali məlumat verib. O bildirib ki, yanğının baş vermə səbəbi araşdırılır.

Hazırda yanğın söndürülüb. Xüsusi xidmət orqanları hadisə yerində araşdırma aparırlar.

Xəbər lenti

Çox oxunanlar