Xəzər Xəbər

Ermənistan Rusiyadan asılılığı azaltmağa çalışır

Dünya | 14:05 • 3 Noyabr 2023
Ermənistan Rusiyadan asılılığı azaltmağa çalışır

Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir.

Xezerxeber.az “Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, parlamentdə büdcə müzakirələri zamanı iqtisadiyyat naziri Vahan Kerobyan Avropa İttifaqının aparıcı üzv ölkələri ilə ticarətin artdığını bəyan edib.

Nazirin sözlərinə görə, o cümlədən Fransa ilə ticarət dövriyyəsi 53%, Almaniya ilə 40%, Hollandiya ilə 44% artıb.

Ümumilikdə 9 ay ərzində Aİ ilə ticarət dövriyyəsi 40% artaraq 2,1 mlrd. dollara çatıb. Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.

Qeyd olunur ki, hesabat dövründə Ermənistanın Rusiya Federasiyasının özü ilə ticarət dövriyyəsi 50%, Avrasiya İqtisadi Birliyi ilə isə 44% artıb.

Xəbər lenti

Çox oxunanlar