Xəzər Xəbər

Türkiyə polisi 1,1 ton narkotik maddə ələ keçirib

Dünya | 13:25 • 3 Noyabr 2023
Türkiyə polisi 1,1 ton narkotik maddə ələ keçirib

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin 44 vilayətində “Narkogüc” adı altında aparılan əməliyyat nəticəsində 1,1 ton narkotik maddə, çox sayda silah-sursat və xeyli miqdarda pul ələ keçirilib. Ümumilikdə 985 polis əməkdaşının iştirak etdiyi əməliyyatın gedişində 175 nəfər saxlanılıb.

Xəbər lenti