Xəzər Xəbər

Ukrayna yeni tipli artilleriya sistemləri hazırlayır

Dünya | 10:11 • 3 Noyabr 2023
Ukrayna yeni tipli artilleriya sistemləri hazırlayır

Ukraynanın raket proqramı var və yeni tipli artilleriya sistemləri hazırlayır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Raket Qoşunları və Artilleriya və Pilotsuz Sistemlər Baş İdarəsinin rəisi briqada generalı Sergey Baranov “KYIV NOT KIEV” onlayn layihəsinə müsahibəsində “Ukrinform”un suallarını cavablandırarkən deyib.

“Ukraynanın raket proqramı üzərində işləyir. Artıq sınaqdan keçirilən prototiplər var. Mən sizə hər şeyi deyə bilmərəm, amma işləyirik”, - deyə Sergey Baranov əlavə edib.

Briqada generalı bu il avqustun sonunda 700 km uzaqlıqdakı hədəfin vurulduğu Ukraynanın uzaqmənzilli raketlərin istehsalına da münasibət bildirib: “Bu, tamamilə yeni raketdir və biz onun imkanlarını məsafə və dəqiqlik baxımından artıracağıq. Düşünürəm ki, siz nəticəsini görəcəksiniz”.

Eyni zamanda, o, Ukraynanın yeni tipli artilleriya qurğuları hazırladığını söyləyib. “Hazırda qoşqulu silahlar üzərində işləyirik. Bu, xüsusilə artilleriya sistemlərinə aiddir. Amma biz raket qüvvələrinin istehsalını və inkişafını artırmalıyıq və bütün bunların üzərində işləyirik”, -deyə briqada generalı vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar