Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk arasında telefon danışığı olub.
Xezerxeber.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, telefon danışığı zamanı İsrail ilə Fələstin arasında davam edən münaqişə və bölgədəki gərginlik müzakirə edilib.
Türkiyə Prezidenti qarşıdurmaların baş verdiyi bölgədə dini abidələrə də ciddi zərər dəydiyini diqqətə çatdırıb.
Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasının sülh yolu ilə həlli istiqamətində Prezident Ərdoğan başda olmaqla, Türkiyə dövləti davamlı səylər göstərir. Bu məqsədlə mütəmadi olaraq bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirilir, eləcə də telefon danışıqları aparılır.