Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-nin İsrail və Qəzzada vəziyyətlə bağlı qətnaməsinə veto qoyub.
Xezerxeber.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Sənədin lehinə 10 ölkə, əleyhinə isə Rusiya Federasiyası, Çin və Birləşmiş Ərəb Əmirlikləri səs verib. İki dövlət bitərəf qalıb.
Sənəddə Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumu pislənilir . Qətnamə atəşkəsə çağırmır, lakin ölkələrin özünümüdafiə hüququnu tanıyır. Bundan başqa, sənəddə girovların dərhal azad edilməsinin zəruriliyindən danışılır. Qətnamə həmçinin beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin sözlərinə görə, sənəddə münaqişə zonasında dərhal atəşkəs tələb olunmadığından ölkəsi qətnaməni məqbul saymır. O qeyd edib ki, Rusiya İsrail və Qəzza ilə bağlı alternativ sənəd layihəsi hazırlayıb.