Ermənistan müdafiə naziri Suren Papikyan Fransaya səfər edib.
Xezerxeber.az-ın yerli mediaya istinadən xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Fransanın müdafiə naziri Sebastyan Lekornünün dəvəti ilə Suren Papikyan oktyabrın 22-də Fransaya səfər edib.
Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornü “Le Parisien” saytına müsahibəsində bildirib ki, oktyabrın 22-də Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək.