Xəzər Xəbər

İsrail xəstənxanalarına yerləşdirilən yaralıların sayı 4 932-yə çatıb

Dünya | 18:34 • 20 Oktyabr 2023
İsrail xəstənxanalarına yerləşdirilən yaralıların sayı 4 932-yə çatıb

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralanan daha 299 nəfər xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan 49 nəfərin vəziyyəti ağır, 172 nəfərdə orta ağır, 78 nəfərdə isə yüngül qiymətləndirilir.

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində xəstəxanalara ümumilikdə 4 932 nəfər yerləşdirilib. İsraildə ölənlərin sayı isə 1 400 nəfərdir. Onlardan 8-i Azərbaycan vətəndaşıdır.

Xəbər lenti

Çox oxunanlar