Xəzər Xəbər

"BMT TŞ zibil qutusuna atılmış bir qurumdur NUMAN KURTULMUŞ

Dünya | 16:39 • 19 Oktyabr 2023
"BMT TŞ zibil qutusuna atılmış bir qurumdur

“BMT Təhlükəsizlik Şurası (TŞ), demək olar, zibil qutusuna atılmış bir qurumdur”.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Kocali Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir:

“Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır. BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Yox”.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024