Xəzər Xəbər

İsrail 500-dən çox fələstinlini həbs edib

Dünya | 14:31 • 19 Oktyabr 2023
İsrail 500-dən çox fələstinlini həbs edib

Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində axtarışda olan 524 fələstinlini həbs edib.

"Times of Israel" yazır ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

 
Bildirilib ki, bu şəxslərdən 330-dan çoxunun HƏMAS-la əlaqəsi var.

Son sutka ərzində HƏMAS-ın 63 üzvünün həbs olunduğu qeyd olunub.

IDF-nin məlumatına görə, son günlər İordan çayının qərb sahilində Müdafiə Qüvvələri ilə fələstinlilər arasında bir neçə toqquşma olub.

Fələstin dövlətinin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri ən azı 69 fələstinli İordan çayının qərb sahilində İsrail hərbi qüvvələri və bu ərazidə məskunlaşdırılan İsrail vətəndaşları tərəfindən öldürülüb.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024

Çox oxunanlar