Xəzər Xəbər

İsrail Qəzzadakı xəstəxananı vurmadığına dair sübutları BMT TŞ-yə TƏQDİM EDƏCƏK

Dünya | 16:56 • 18 Oktyabr 2023
İsrail Qəzzadakı xəstəxananı vurmadığına dair sübutları BMT TŞ-yə

"İsrailin Qəzzadakı Əl-Əhli xəstəxanasını vurmadığı ilə bağlı bizim konkret sübutumuz var".

xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen bu gün keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl verdiyi bəyanatında bildirib.

"Biz yüz faiz əminik ki, bu xəstəxana“İslami Cihad”ın uğursuz raket buraxılışı nəticəsində vurulub. Fələstinin terror təşkilatları hər iki tərəfdən mülki əhalini öldürür. Bu sübut beynəlxalq ictimaiyyətin görməsi üçün bu gün BMT TŞ-nin iclasında təqdim olunacaq. İsrail 1440-ə qədər israillini qətl edən İŞİD-ə bənzər qəddar terror təşkilatına qarşı mübarizə aparır. İsrailli və ya fələstinli olmasından asılı olmayaraq mülki insanların ölümü faciədir. Biz (müharibəyə -red) cəlb olunmayan mülki fələstinlilər arasında itkilərdən yayınmaq üçün böyük səylər göstəririk. Qəzza zolağındakı terrorçu nəzarətinin sonu gəlməlidir. Bu bizim hədəfimizdir və buna nail olacağıq", - İsrail XİN rəhbəri deyib.

Xəbər lenti

Çox oxunanlar