Xəzər Xəbər

Şimali Koreya ABŞ-ni hədələdi

Dünya | 12:59 • 13 Oktyabr 2023
Şimali Koreya ABŞ-ni hədələdi

KXDR ABŞ-nin Koreya yarımadasındakı strateji obyektlərinə “ən güclü və sürtəli qabaqlayıcı zərbə” endirməklə hədələyib.

AZƏRTAC bu barədə Şimali Koreyanın Teleqraf Agentliyi istinadla xəbər yayıb.

“ABŞ-nin müxtəlif strateji nüvə vasitələrinin mümkün hərbi toqquşmaların baş verə biləcəyi Koreya yarımadasına fasiləsiz yerləşdirilməsi faciəvi vəziyyətə gətirib çıxaracağı açıq hərbi təxribatdır”, - deyə Pxenyan qeyd edib.

Şimali Koreyanın Teleqraf Agentliyi KXDR Silahlı Qüvvələrinin ABŞ və əlaltılarının nüvə müharibəsi vəziyyəti yaratmaq cəhdlərinin qarşısını qətiyyətlə alacağını vurğulayaraq yazır: “Birləşmiş Ştatlar nəhəng strateji vasitələrinin çox təhlükəli akvatoriyaya daxil olduğunu anlamalıdır”.

Pxenyanın hədələri ABŞ-nin “USS Ronald Reagan” aviadaşıyıcı gəmisinin Seulla birgə keçiriləcək təlimlərdə iştirak etmək üçün oktyabrın 12-də Cənubi Koreyanın “Pusan” hərbi dəniz bazasına gəlişindən sonra səslənib.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024