"Ukraynanın mübarizəsi həm də bizim mübarizəmizdir".
Bunu NATO Baş katibi Yens Stoltenberq Brüssledə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən əvvəl mətbuat birgə açıqlama zamanı deyib.
"Sizin (Ukraynanın - red.) mübarizəniz bizim mübarizəmizdir, təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir və dəyərləriniz bizim dəyərlərimizdir. Və nə qədər lazım olsa, biz Ukraynanın yanında olacağıq", - Stoltenberq bildirib.
"Biz əlaqələrimizi daha da gücləndirəcəyik və Ukraynanın NATO-ya üzvlüyünə doğru getdiyi yolda ona kömək edəcəyik", - deyə NATO Baş katibi əlavə edib.
Qeyd edək ki, NATO ölkələrinin müdafiə nazirləri Ukraynadakı vəziyyəti və NATO-nun davamlı dəstəyini müzakirə etmək üçün bu gün günortadan sonra NATO-Ukrayna Şurasının iclasında ukraynalı nazir Rustem Umerovla görüşəcəklər.