Almaniya Ukraynaya ikinci qış hərbi yardım paketi hazırlayır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemi, IRIS-T SLM; IRIS-T SLS; 3 Gepard zenit silahı, 10 “Leopard 1” A5 əsas döyüş tankı, 15 qorunan nəqliyyat maşını və 20-yə yaxın qorunan tibbi maşın daxildir.
Yardımın ümumi dəyəri 1 milyard avro təşkil edəcək.