İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma keçir.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“Mən bütün məhdudiyyətləri ləğv etdim, biz İsrail ərazisinə nəzarəti bərpa etdik və genişmiqyaslı hücuma keçirik”, - deyə nazir bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2315 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.