İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başladığını bəyan edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" hesabında məlumat verilib.
İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS terror təşkilatının bir sıra terrorçu hədəflərinə hücum edib. Təyyarələr hərbi birləşmə ilə yanaşı, silah anbarına zərbələr endiriblər. Həmçinin, HƏMAS-ın İsrail dövlətinə qarşı terroru istiqamətləndirmək üçün istifadə etdiyi Qərbi Cəbəliyyədəki döyüş idarəetmə mərkəzinə hücum edilib”, - məlumatda qeyd olunub.