HƏMAS-ın hücumundan sonra ölən israillilərin sayı 800-ə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə çox sayda adam ölüb, 2 300-dən çox şəxs yaralanıb. Ölkədə müharibə vəziyyəti elan edilib və "Dəmir Qılınclar" əməliyyatına başlanılıb.
Hazırda şiddətli döyüşlər davam edir.