İsrail ordusu Qəzzada HƏMAS-a qarşı hücuma başladığını elan edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-dan olan fələstinli radikallara qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçib.
Hücum nəticəsində İsrail hərbçiləri tərəfindən Qəzzaya yaxın ərazilərdə yüzlərlə terrorçunun məhv edildiyi bildirilib.