Oktyabrın 7-də İsrailə hücumda iştirak edən silahlıların sayı min nəfərə yaxın olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində bildirib.
“Qəzza ətrafında döyüşlər davam edir. Ölkənin qalan hissəsində vəziyyət daha sakit görünür. Amma döyüşlər həqiqətən də şiddətlidir, minə yaxın silahlı İsrail ərazisinə daxil olub. Onların əksəriyyəti öldürülüb və ya Qəzzaya qayıdıb. Amma dediyim kimi, vəziyyət gərgindir, döyüşlər davam edir”, - deyə Blinken əlavə edib.