Bu gün İsraildə müharibə vəziyyəti elan olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatının silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb.
İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölən və yaralananların sayının arta biləcəyini bildirirlər.