Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İsrail və Fələstini sülhə çağırıb.
Roma Papası İsraildə baş verənləri narahatlıq və ağrı ilə izlədiyini qeyd edib. Zorakılığın daha da şiddətli şəkildə baş verdiyini, bunun yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olduğunu bildirib. O, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, dəhşət və iztirab yaşayan insanlar üçün dua etdiyini deyib.
“Hücumları və silahları dayandırın. Çünki terror və müharibə heç bir həll yolu ilə deyil, yalnız çoxlu sayda günahsız insanın ölümü və iztirabı ilə nəticələnir. İsraildə və Fələstində sülh olsun. Çünki hər müharibə bir məğlubiyyətdir. Gəlin, İsraildə və Fələstində sülhə nail olunması üçün dua edək”, - deyə Papa Fransisk vurğulayıb.
Roma Katolik Kilsəsinin rəhbəri münaqişədə olan ölkələrə müraciət edərək işgəncələrə məruz qalan və hər gün çox əziyyət çəkən Ukrayna xalqının yaşadıqlarını xatırladıb. (AZƏRTAC)