Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Fələstini İsraillə münaqişənin həllinə kömək etməyə çağırıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Borelin X (keçmiş Twitter) sosial şəbəkəsindəki mesajında deyilir.
“Mən Fələstinin Baş naziri Məhəmməd Ştayyeyə dedim ki, hərbi əməliyyatların dərhal dayandırılmasına kömək etsin” – Borel qeyd edib.
O, İsrailin xarici işlər naziri Eli Koenlə söhbətində “zorakılıq və terroru pislədiyini” bildirib.