Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “TOLO News” kanalı Taliban hökumətinin rəsmisinə istinadla məlumat yayıb.
Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-ü ötüb, ən azı 2000 nəfər yaralanıb.
Saik daha əvvəl zəlzələ qurbanlarının sayının 9240 nəfərə yaxın olduğunu bildirsə də, sonradan bu məlumat təkzib edilib.
09:59
Əfqanıstanda baş vermiş zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Associated Press" Taliban nümayəndəsinə istinadən xəbər verir.
09:20
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500 nəfəri keçib, mindən çox yaralı var.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.