Mühasirəyə alınan Qəzza zolağından təşkil edilən hücumlar nəticəsində İsraildə ölənlərin sayı 300 nəfərə çatıb, yaralananların sayı isə 1000 nəfəri keçib.
Xezerxeber.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Ordu Radiosu məlumat yayıb.
HƏMAS hərəkatının silahlı qanadı tərəfindən İsraili hədəf alan “Aksa tufanı” əməliyyatı başlayandan bu ölkəyə minlərlə raket atılıb.