Rusiya Qafanda Baş Konsulluq açacaq.
Xezerxeber.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Oktyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinin Qafan şəhərində Baş Konsulluğun açılışı üzrə qrupunun rəhbəri Meqri şəhərinin meri ilə görüşüb.
“Bu, Ermənistanın cənubunda yaşayan Rusiya vətəndaşlarının konsulluq xidmətlərinə çıxışını xeyli asanlaşdıracaq və Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə töhfə verəcək”, - açıqlamada deyilir.