Ermənistanın müdafiə naziri Suren Papikyan istefa vermək istəyir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr bildirir ki, Papikyan bu yaxınlarda bir neçə dəfə işdən çıxmaq üçün ərizə yazıb, lakin Nikol Paşinyan onu bu niyyətindən əl çəkməyə razı salıb.
"Rusiya ilə ən çox təmasda olan məmurlardan biri olan Suren Papikyan Paşinyanın anti-Rusiya siyasəti ucbatından rus fiqurların təzyiqinə məruz qalıb", - qəzet yazır.
Məqalədə bildirilir ki, Ermənistanın hakim partiyası daxilində hələ də Paşinyanın siyasətindən, xüsusən də onun anti-Rusiya hərəkətlərindən narazı olan və bunun təhlükəli nəticələri ola biləcəyinə inanan "sağlam düşüncəli insanlar" var.
"Bəzi məlumatlara görə, Papikyan da bu fikri dəstəkləyir",- qəzet iddia edir.