“Frankfurter Allgemeine Zeitung” alman nəşrində dərc olunan “İrəvandaki tənha xilaskar” sərlövhəli məqalədə Parisin bəzi pərdəarxası hərəkətləri açıqlanır.
Materialda Fransa XİN-in başçısı Katrin Kolonnanın Avropa İttifaqını “qətiyyətlə” Ermənistanın tərəfini tutmağa fəal şəkildə məcbur etdiyi qeyd olunur.
Qəzet yazır ki, K.Kolonna Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbokun da onunla birgə İrəvana getməsinə nail olmağa çalışıb. Məqalədə deyilir ki, fransızların fikrincə, Berlin və Parisin Ermənistana münasibətdə siyasət məsələsində vahid cəbhə olaraq çıxış etmələri olduqca vacibdir, bununla da bütün Avropa Şurası üçün vahid istiqamət müəyyən ediləcək.
Almaniyanın yüksək vəzifəli mənbələri nəşrin redaksiyasına təsdiq ediblər ki, həqiqətən, Fransa Xarici İşlər Nazirliyindən İrəvana birgə səfər haqqında təklif daxil olub, lakin Berlin onu qəbul etməyib.