Ukrayna Prezidentinin keçmiş müşaviri Aleksey Arestoviç Rusiyada axtarışa verilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in saytında yerləşdirilib. A.Arestoviçin Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi məlum deyil.
A.Arestoviç Ukrayna Prezidentinin müşaviri vəzifəsini bu ilin yanvarında tərk edib. May ayında isə Rusiya onu “terrorçular və ekstremistlər” siyahısına daxil edib.